“Azərbaycanla oyunda qarşımıza düşündüyümüzdən də güclü komanda çıxa bilər”

“AVRO-2016-nın ilk seçmə oyununda qarşılaşacağımız Azərbaycan yığmasını yaxşı tanıyırıq”.

 

Newsport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu Mixail Aleksandrov deyib.

 

25 yaşlı yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsində Azərbaycanla sentyabrın 9-da Bakıda keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb: “Amma bununla kifayətlənməyib, rəqib haqda daha çox məlumat toplamalıyıq. Çünki sentyabrın 9-da baş tutacaq görüşdə qarşımıza düşündüyümüzdən də güclü komanda çıxa bilər. Azərbaycan elə yığmalardandır ki, həmişə aldada bilər. Bizim üçün ilk görüşdə ən vacib olanı 3 xaldır”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right