Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Kevin Nkudu sıaradan çıxıb. Ayaq biləyindən xəsarət alan fransal vinger 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Nkudu 2020-ci ilin yayından "Beşiktaş"da çıxış edir. 26 yaşlı futbolçu cari mövsümdə 14 matçda meydana çıxıb və 2 qol vurub.