Ronaldu Messinin "Qızıl top" mükafatına layiq olmadığını təsdiqləyib

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Qızıl top" mükafatının Fransa PSJ-sinin hücumçusu Lionel Messiyə verilməsini ədalətsiz sayır.

Newsport.az məlumatına görə, portuqaliyalı forvard bunu öz fanatlarından birinin şərhinə münasibət bildirməklə təsdiqləyib.

36 yaşlı oyunçu sosial şəbəkə izləyicisinin Messinin "France Football" nəşrinin təsis etdiyi mükafata layiq olmadığı ilə bağlı paylaşımına "Fakt" şərhini yazıb.

Qeyd edək ki, Kriştianu Ronaldu "Qızıl top"un səsverməsində 6-cı yeri tutub. O, mükafatın təqdimetmə mərasiminə qatılmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right