Rüfət Dadaşovdan növbəti qol

Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası evdə “Uerdingen”lə qarşılaşıb və qalib gəlib – 4:1.

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 79-cu dəqiqədə fərqlənib.

“Şalke 2” bu nəticədən sonra 19 xalla 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right