Rüstəm və Eldar Kiyev “Dinamo”suna qarşı oynadılar

Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” evdə Kiyev “Dinamo”su ilə qarşılaşıb və məğlub olub - 0:2.

Rüstəmlə Eldar start heyətdə meydana çıxıblar. Quliyev sonadək oynadığı halda, Əhmədzadə 82-ci dəqiqədə əvəzlənib.

16 turdan sonra 10 xalı olan “Minay” 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right