Zidandan rədd cavabı

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan “Mançester Yunayted”in təklifindən imtina edib.

Newsport.az “COPE” nəşrinə istinadən xəbər verir ki, “qırmızı-şeytanlar”ın rəhbərliyi Ule-Qunnar Sulşerin istefaya göndərilməsindən sonra boş qalan baş məşqçisi vəzifəsi ilə bağlı Zidanla danışıqlar aparıb. Fransalı mütəxəssisin cavabı mənfi olub. O, ümumiyyətlə, İngiltərədə işləmək istəmədiyini bildirib.

Yaxın gələcəkdə Zidanın PSJ-yə başçılıq edəcəyi isə istisna olunmur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right