Messi Liqa 1-də qol hesabını açdı

Fransa Liqa 1-də XIV tur davam edir.

Newsport.az-ın məlumatına görəaçılış matçında "Monako" doğma meydanda son çempion "Lill"lə üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib - 2:2.

Lider PSJ "Nant"la qarşılaşıb. Lionel Messinin Liqa 1-də qol hesabını açdığı matçda parislilər 3:1 hesablı qələnə əldə edib.

Turun son matçında "Lion" "Marsel"i qəbul edəcək.

Fransa Liqa 1
XIV tur

19 noyabr

Monako - Lill - 2:2
Qollar: 
Diatta, 41, Ben Yedder, 83 - C.David, 5, 9

20 noyabr

PSJ - Nant - 3:1
Qollar: 
Mbappe, 2, Appya, 81 (öz qapısına), Messi, 87 - Muani, 76

Renn - Monpelye - 2:0
Qollar:
 Terrye, 8, Mayer, 28

21 noyabr

16:00 Brest - Lans
18:00 Anje - Loryan
18:00 Mets - Bordo
18:00 Strasburq - Reyms
18:00 Trua - Sent-Etyen
20:00 Klermon - Nitsa
23:45 Lion - Marsel





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah