“Qızıl top”u qazanacağıma ümid edirəm" Benzema

“Real"ın və Fransa millisinin hücumçusu Kərim Benzema "Qızıl top"u qazanmaq perspektivindən danışıb.

Newsport.az xəbər verir ki, 34 yaşlı hücumçu “Eurosport”a açıqlamasında deyib:

“Gözləyək görək nə baş verir. “Qızıl top”u alacağıma ümid edirəm. Şadam ki, bu mötəbər mükafat uğrunda mübarizə apara bilirəm. Meydana çıxıb qollar vurmağım yaxşıdır. Futbol məni xoşbəxt edir. Ümid edirəm ki, hər şey bu şəkildə davam edəcək. İstənilən halda, hansı heyətə malik olduğumuzu nəzərə alsaq, dünya çempionatını qazanmaq məqsədlərimizdən biri olmalıdır. Məqsədlərimizə çatmaq üçün yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, Benzema bu mövsüm 15 oyuna 14 qol vurub və 8 məhsuldar ötürmə edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah