"Yuventus" "River Pleyt"in hücumçusunu hədəfə aldı

"Yuventus" qış fasiləsində hücum xəttini gücləndirəcək.

 

Newsport.az xəbər verir ki, Turin təmsilçisi "River Pleyt"in hücumçusu Xulian Alvaresi transfer etmək istəyir. "Qoca sinyora" bu keçid üçün 10+5 milyon avro təzminat ödəmək fikrindədir. Argentina klubu isə 20+5 milyon avro tələb edir.

 

21 yaşlı argentinalı futbolçu bu mövsüm keçirdiyi 16 oyunda 15 qol vurub, 5 məhsuldar ötürmə edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right