“Milan”ın futbolçuları irqçiliyə məruz qaldı

İtaliyanın “Milan” klubunun futbolçuları Zlatan İbrahimoviç və Frank Kessye irqçiliyə məruz qalıb. Newsport.az xəbər verir ki, hər iki oyunçu A Seriyasının 11-ci turunun “Roma” ilə səfər matçında irqçiliyə məruz qalıb. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb.
 
“Roma” klubunun azarkeşləri İbrahimoviçi “qaraçı” adlandırıb, Kessyenin vurduğu qoldan sonra isə meymun səsləri çıxarıblar.
 
“Milan” “Roma”nı İbrahimoviç və Kessyenin qolları ilə 2:1 hesabıyla məğlub edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right