PSJ rəsmisindən “Milan”ın 2 futbolçusu ilə bağlı açıqlama

Fransanın PSJ klubunun idman direktoru Leonardo açıqlama verib.

Newsport.az-ın məlumatına görə, braziliyalı klub rəsmisi, “Milan”ın futbolçusu Frank Kessye ilə maraqlandıqları haqda iddialara cavab verib. Leonardo, həm Kessye, həm də, “Milan”ın digər futbolçusu Teo Hernandeslə heç bir transfer danışıqlarının olmadığını bildirib:

“Heç bir futbolçu ilə danışığımız olmayıb. Nə Kessye, nə də Hernandeslə bağlı hansısa danışıq yoxdur”.

Fil Dişi Sahili milli komandasının da üzvü olan Kessyenin “Milan”la müqaviləsi cari mövsümün sonuna qədərdir. Hernandesin isə İtaliya klubu ilə sözləşməsi 2026-cı ildə başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right