Serxio Ramos PSJ-nin bu gün keçirilən məşqində iştirak etməyib.
Newsport.az xəbər verir ki, bir müddət əvvəl ispanın zədəsini sağaltdığı və 10-cu turda "Anje"yə qarşı matçda meydana çıxacağı deyilirdi. Lakin futbolçu matçın heyətinə daxil edilməyib.
Onun məşqdə iştirak etməməsinin səbəbi isə dəqiq deyil. Paris klubuna bu yay keçən Ramosun müqaviləsi 2023-cü ildə başa çatacaq. Amma hələ ki, təcrübəli futbolçu PSJ-in heyətində 1 oyunda belə meydana çıxmayıb.
PSJ - "Anje" matçı oktyabrın 15-də "Park De Prens"də keçiriləcək.