“Volfsburq”u dayandıran tapıldı

Futbol üzrə Almaniya Bundesliqasında 5-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında Berlinin “Herta” komandası “Qroyter”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Münhen “Bayern”i doğma meydanda “Bohum”u qəbul edib və 7 cavabsız qola sevinib. “Leyptsiq” isə “Köln”ü sınağa çəkib. Bu görüşdə qalib müəyyənləşməyib.

Sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Bayer” səfərdə “Ştutqart” üzərində inamlı qələbəyə sevinib. Dortmund “Borussiya”sı evdə “Union Berlin”dən güclü olduğunu 4 qolla isbatlayıb.

Lider “Volfsburq” bu turda “Ayntraxt”ın müqavimətini qırmağa çalışıb. Lakin sözügedən komanda bu oyunda cari mövsümdəki ilk xal itkisinə üzülüb. Beləcə, eyni xala malik “Bayern” zirvəni ələ keçirib və “Volfsburq” ikinci sıraya yuvarlanıb.

Almaniya Bundesliqası, 5-ci tur

17 sentyabr

Herta – Qroyter 2:1
Qol:
Ekkelenkamp, 61. Bauer, 79-öz qapısına – Hrqota, 57-pen.

18 sentyabr

Arminiya – Hoffenhaym 0:0

Auqsburq – Borussiya M 1:0
Qol:
Nyederlexner, 80.

Bayern – Bohum 7:0
Qol:
Sane, 17. Kimmix, 27; 65. Qnabri, 32. Lampropulos, 43-öz qapısına. Levandovski, 61. Şupo-Motinq, 79.

Maynts – Frayburq 0:0

Köln – Leyptsiq 1:1
Qol:
Modeste, 53 – Haydara, 71.

19 sentyabr

Ştutqart – Bayer 1:3
Qol:
Manqala, 38 – Andrix, 2. Şik, 19. Virts, 70.

Borussiya D – Yunion 4:2
Qol:
Gerreyro, 10. Haland, 24; 83. Fridrix, 52-öz qapısına – Kruse, 57-pen. Voqlzammer, 81.

Volfsburq – Ayntraxt 1:1
Qol:
Veqorst, 70 – Lammers, 38.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right