"İnter" Erikseni ÇL üçün heyətə daxil etmədi

"İnter"in futbolçusu Kristian Eriksen Çempionlar Liqasının qrup mərhələsinin matçlarında oynamayacaq.

Newsport.az-ın məlumatına görə, danimarkalı yarımümdafiəçinin adı qrup mərhələsinin görüşləri üçün iştirak ərizəsində yer almayıb. Anaq Eriksen A Seriyasının oyunları üçün heyətdədir.

"İnter" ÇL-də 1/8 finala çıxacağı təqdirdə, 29 yaşlı futbolçunun sözügedən turnirdə oynamaq şansı olacaq.

Qeyd edək ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən  Finlandiya ilə görüşün ilk hissəsində huşunu itirən Danimarka millisinin üzvü Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right