Türkiyəli FİFA referisi Cüneyt Çakır növbəti dəfə UEFA-dan Çempionlar Liqasının matçına təyinat alıb.
Newsport.az-ın məlumatına görə, təcrübəli hakim turnirin pley-off mərhələsində "Dinamo" (Zaqreb) və "Şerif" (Moldova) arasında ilk matçı idarə edəcək. Ona yax xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongün kömək edəcəklər. Dördüncü hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 17-si Tiraspolda keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.