"Barselona"da şok itki uzun müddət oynamayacaq

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin yeni transferi olan Serxio Aquero zədələnib. Sağ baldırından xəsarət alan forvard dünən "Yuventus"la qarşılaşmada (3:0) heyətdə olmayıb. Tibbi müayinədən sonra məlum olub ki, 33 yaşlı argentinalı hücumçu noyabr ayına kimi meydana çıxmayacaq.

Qeyd edək ki, "Mançester Siti" ilə müqaviləsi başa çatan Aquero yay fasiləsində "Barselona"ya keçib. O, La Liqa təmsilçisinin heyətində debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right