Türkiyə çempionu "Beşiktaş" ilə razılığa gələn Aleş Teyşera İstanbula gələcək.
Newsport.az-ın məlumatına görə, Çinin "Jianqsu Sanin" klubundan ayrılan 31 yaşlı hücumameyilli yarımmdüfiəçi növbəti həftə tibbi müayinədən keçəcək. Təcrübəli oyunçu ilə 3 illik razılıq əldə edilib.
Onun illik maaşı bonuslarla birgə 3 milyon avro olacaq. Braziliyalı futbolçunun transferi tezliklə açıqlanacaq.
Teyşera 2016-cı ildə Donetsk "Şaxtyor"undan 50 milyon avro qarşılığında Çin klubuna getmişdi.