"Liverpul" 8 futbolçunu satışa çıxartdı

"Liverpul" heyətində dəyişikliklər etmək üçün 8 futbolçunu transferə çıxarıb.

Newsport.az-ın məlumatına görə, "qırmızılar" Xerdan Şakiri, Loris Karius, Marko Qruyiç, Harri Uilson, Neko Uillyams, Şeyi Ojo, Ben Vudbörn və Tayvo Avoniyini satmağa hazırlaşır.

Premyer Liqa klubu bu mövsüm heyətinə yalnız "Leyptsiq"dən İbrahim Konateni qatıb. Komandanı Corcino Veynaldumla icarə müqaviləsi başa çatan Ozan Kabak tərk ediblər. Veynaldum azad agent statusu ilə PSJ-yə keçib, Kabak isə "Şalke"yə dönüb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right