Bu klubun 9 qapıçısı var

Canluici Donnarummanın transferi ilə PSJ-də qapıçı sayı 9-a yüksəlib.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, 22 yaşlı qolkiperin komandanın əsas qapıçısı olacağı gözlənilir. 34 yaşlı Keylor Navas isə 2-ci qapıçı olacaq. Ancaq PSJ-də sözügedən oyunçularla yanaşı, daha 7 qapıçı var.

PSJ-nin yetirməsi olan Alfons Areolanın  "Fulhem"lə icarə müqaviləsi başa çatıb. Qapıçı hazırda Paris təmsilçisinin heyətində yer alır. Serxio Rikonun klubu ilə 3, Marçin Bulkanın isə daha 4 illik müqaviləsi qalıb. PSJ-də eyni zamanda qapıçılar sırasında  Aleksandr Letelye, Qarisson İnnosan, Lukas Lavelle, Denis Franki var.

Klubun bu yay sözügedən qolkiperlərin bəziləri ilə yolları ayıracağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right