Messi millidə ilk kubokunu qazandı

Argentina millisinin kapitanı Lionel Messi yığma ilə ilk kubokunu qazanıb.

Newsport.az-ın məlumatına görə, bu, Argentinanın Amerika kubokunun finalında Braziliyaya 1:0 hesabı ilə qalib gəlməsi ilə baş verib. Amerika kuboku 34 yaşlı hücumçunun millidəki ilk kuboku olub.

Qeyd edək ki, Messi sözügedən turnirdə 4 qol vuraraq Luis Diasla (Kolumbiya) birgə ən yaxşı bombardir olub.  O, eyni zamanda Amerika kuboku-2021-də ən çox qol ötürməsi verən (5) oyunçudur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right