Amerika Kubokunun qalibi məlum oldu

Argentina və Braziliya yığmaları arasındakı Amerika Kubokunun final oyunu başa çatıb. 

Newsport.az-ın məlumatına görə, Rio-de-Janeyrodakı "Marakana - Mario Filyo" stadionunda təşkil olunmuş qarşılaşmada Argentinanın qələbə qazanıb - 1:0.

Yeganə qolu 22-ci dəqiqədə Anxel Di Mariya vurub.

Beləliklə, kapitan Lionel Messi Argentina millisində ilk kubokunu qazanıb. 

Daha əvvəl Messinin yığmadakı.ən böyük uğuru 2014-cü il dünya çempionatında gümüş medal olub. O, habelə Amerika Kubokunda 3 dəfə (2007, 2015, 2016) gümüş, 1 dəfə (2019) bürünc medala yiyələnib. 

Hazırkı Amerika Kubokunda 34 yaşlı hücumçu 7 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right