Fransa yığmasındakı qalmaqalın təfərrüatları açıqlandı

Fransa yığmasının futbolçuları arasında yaranan qalmaqalın təfərrüatları məlum olub. Newsport.az xəbər verir ki, AÇ-2020-nin 1/8 final mərhələsində İsveçrə ilə oyunda Pol Poqba, Rafael Varan və Benjamin Pavar arasında qarşıdurma yaranıb.

Belə ki, oyun zamanı Pavar Varana Poqbanın müdafiəyə kömək etməməsindən şikayətlənib. Varan bu barədə Poqbaya irad tutanda, Pol hirslə Pavara yaxınlaşıb və onlar arasında mübahisə düşüb. Fransa mediasının məlumatına görə, milli komanda Avropa çempionatında mübarizəni məhz bu səbəbdən dayandırıb.  

Biıdirilir ki, hətta Poqba paltardəyişmə otağında Varandən üzr istəyib.

Qeyd edək ki, fransızlar iyunun 28-də 1/8 final mərhələsində İsveçrə ilə qarşılaşıb. Matçın gedişində 2 top fərqiylə öndə olmasına baxmayaraq, Fransa bu üstünlüyü əldən verib  - 3:3. Penaltilər seriyasında isə isveçrəlilər daha dəqiq olublar - 5:4.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right