Liqa 1-də daha bir türk

"Roma"nın futbolçusu Cengiz Ünder karyerasını Fransada davam etdirməyə yaxındır.

Newsport.az "NTV Sport"a istinadən xəbər verir ki, türk yarımümdafiəçi "Marsel"lə razılığa gəlib. Razılığa əsasən, 23 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanacaq. Bu transfer üçün Fransa təmsilçisi 10 milyon avro təzminat ödəyəcək. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, C.Ünder ötən mövsümü icarə əsasında "Lester"də keçirib. Onun "Roma" ilə müqaviləsi 2023-cü ilin yayı başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right