Fransanın prezidenti Emmanuel Makron millinin Avro-2020-də İsveçrəyə uduzmasından sonra yığmanın üzvü Kilian Mbappeyə dəstək olub.
Newsport.az "RMC Sport Le Parisien"ə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu sözügedən görüşdə son penaltini qola çevirə bilmədiyinə görə tənqid edilir. Makron isə Mbappeyə mesaj yazaraq ona dəstək olub.