Cengiz Ünder Fransa klubunun hədəfində

"Roma"nın yarımmüdafiəçisi Cengiz Ünder karyerasını Fransada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, Türkiyə millisinin üzvü "Marsel"in hədəfindədir. Liqa 1 təmsilçisi 23 yaşlı vingeri icarəyə götürmək istəyir.

Cengiz ötən mövsüm "Lester Siti"də icarədə olub. "Roma"nın yeni baş məşqçisi Joze Mourinyo türk futbolçunu gələcək planında görmür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right