Ronaldo dünya rekorduna şərik oldu

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmada vurduğu qolların sayını 109-a çatdırıb.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı hücumçu AÇ-2020-nin F qrupunun 3-cü turunda Fransa ilə görüşdə (2:2) dubl etməklə dünya rekorduna şərik olub.

O, İran millisinin keçmiş hücumçusu, Azərbaycan əsilli Əli Daeinin rekordunu təkrarlayıb. Hər iki futbolçu milli komandasının heyətində ən çox qol vuran (109) oyunçudur. Ronaldo millidə daha bir qol vursa, dünya rekordunu qırmağa çox yaxındır.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah