İsveç millisinin yarımmüdafiəçisi Deyan Kuluşevskidə koronavirus aşkarlanıb.
Bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə 21 yaşlı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı və komandadan təcrid olunduğu diqqətə çatdırılıb.
İtaliyanın "Yuventus" klubuna məxsus olan futbolçu millinin heyətindən kənarlaşdırılmayacaq.