“İtalyanlar bizi yaxşı tanıyır”

Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Avro-2020”nin İtaliyaya qarşı keçiriləcək açılış oyunu ilə bağlı fikirlərini açıqlayıb.

Nerwsport.azxəbər verir ki, dünən Moldovaya qarşı hazırlıq matçından (2:0) sonra jurnalistlərə danışan “Milan”ın futbolçusu deyib: "Açılış görüşü olduğundan bizim üçün çox özəl oyun olacaq. İnşallah, yaxşı başlayacağıq. İtaliya çox güçlüdür. İtaliyanlar bizi yaxşı tanıyır. Qorxaq futbol yox, qələbə üçün oynayacağıq”.

Moldova ilə matçda Burak Yılmaza qol ötürməsi edən 27 yaşlı futbolçu bunları da söyləyib: "Bu gün çok üstünlüklərimiz vardı. Bunları davam etdirməliyik. Burak bizim üçün çox önəmlidir. Klubunu çempion etdi. Onun motivasiyasını yüksək tutmağımız lazımdır”.

Hakan transferi ilə bağlı isə danışmaq istəməyib: “İndi “Avro-2020”yə köklənmək istəyirəm. Mənim üçün xeyirlisi nədirsə, o da olsun”.

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right