"Latsio" Maurisio Sarrini baş məşqçi vəzifəsinə gətirmək üçün danışıqları davam etdirir.
Newsport.az xəbər verir ki, 62 yaşlı mütəxəssis də bu komandanı çalışdırmağa müsbət yanaşır. Lakin o, paytaxt klubundan illik 4 milyon avro maaş olmaqla 3 illik müqavilə tələb edir. İtaliya təmsilçisi isə Sarriyə illik 2,5 milyon avro təklif edir.
Qeyd edək ki, Sarrinin son klubu "Yuventus" olub. O, Turin təmsilçisini 2019-20-ci illərdə çalışdırıb.