Anri yenidən Belçika millisində

Fransa millisinin keçmiş futbolçusu Tyerri Anri yenidən Belçika millisində çalışacaq.

 

Newsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis baş məşqçi Roberto Martinezin köməkçisi olacaq.

 

Əfsanəvi veteran futbolçu 2016-2018-ci illərdə də Belçika millisində məşqçi kimi çalışıb. O, 2018-ci ildə "Monako" klubuna keçmiş, qısa müddət sonra istefaya göndərilmişdi.

 

Anri 2019-cu ildə Kanadanın “Monreal İmpakt” klubunu da qısa müddətdə çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right