Fransanın “Lill” klubunun qapıçısı Mayk Menyan karyerasını İtaliyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, fransalı futbolçu “Milan”a keçməyə yaxındır. Tərəflər arasında artıq razılıq əldə olunub.
“Milan” Menyan üçün “Lill”ə 15 milyon avro ödəyəcək. 25 yaşlı futbolçu “qırmızı-qaralar”la 5 illik müqavilə imzalayacaq.
Menyan Liqa 1-də çempion olan “Lill”lə bu mövsüm ümumilikdə 48 oyuna çıxıb.