Fransa klubunda yeni baş məşqçi

Fransanın “Anje” klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisinin “sükan”ı Cerald Batikla tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 51 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Batikl bundan əvvəl “Lion”da məşqçi kimi çalışırdı. Fransız mütəxəssis “Anje”də baş məşqçi postunda Stefan Mulini əvəzləyib.

“Anje” Liqa 1-də mövsümü 13-cü sırada tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right