Almaniyanın "Bayern" klubunda növbəti ayrılıq reallaşıb.
Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi "Yuventus"dan icarəyə götürdüyü Duqlas Kosta ilə yollarını ayırıb. Braziliyalı futbolçunun başa çatan müqaviləsi uzadılmayıb.
"Yuventus" 30 yaşlı vingeri yenidən icarəyə verib. Kosta bundan sonra ölkəsində çıxış edəcək. O, "Qremio" ilə anlaşıb.