İtaliya Kubokunun final matçında “Yuventus” “Atalanta” ilə qarşılaşıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşma “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 31-ci dəqiqədə açılıb – Deyan Kuluşevski fərqlənib. Lakin 10 dəqiqə sonra Ruslan Malinovski “Atalanta”nın bərabərlik qolunu vurub.
Matçın 73-cü dəqiqəsində Federiko Kyeza “Yuventus”un qələbə qoluna imza atıb. Bununla da Turin təmsilçisi İtaliya Kubokunun qalibi olub.
“Yuventus” 1938, 1942, 1959, 1960, 1965, 1979, 1983, 1990, 1995, 2015, 2016, 2017, 2018-ci illərdə də İtaliya Kubokunun qalibi olub.