Xviça Kvaratsxeliya Rusiyadan gedir

Kazanın “Rubin” klubunun hücumçusu Xviça Kvaratsxeliyanın atası, millimizin futbolçusu olmuş Badri Kvaratsxeliya oğlunun gələcək karyerası haqda açıqlama verib.

Newsport.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, Xviçanın “Rubin”i tərk edəcəyini təsdiqləyib: “Yüz faiz deyə bilərəm ki, Xviça bu yay “Rubin”dən gedəcək. Amma hansı komandaya keçəcəyini indi söyləyə bilmərəm. Müxtəlif klublarla danışıqlar gedir. Oğlum özü harada oynayacağına qərar verəcək. O, Rusiyada qalmayacaq”.

Qeyd edək ki, Gürcüstan futbolunun 20 yaşlı parlayan ulduzu Xviça ilə İtaliya, Almaniya, İngiltərə klublarının maraqlandığı bildirilir. Transfermark saytı futbolçunun maddi dəyərini 15 milyon avro həcmində qiymətləndirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right