Xorvatiya çempionatında 35-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" klubu evdə "Zaqreb"i qəbul edib.
Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Vlasiçin matçın 19-cu dəqiqəsində vurduğu qol Split təmsilçisinə minimal hesablı qələbə qazandırıb - 1:0. R.Qurbanov matçın 73-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, 35 turdan sonra aktivində 49 xalı olan "Hayduk" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.