Braziliya dövlət deputatının köməkçisi Aqripino Maqalyans milli komandanın aparıcı futbolçusu Neymarla bağlı San Paulo məhkəməsinə müraciət edib.
Newsport.az saytının məlumatına görə, siyasətçi PSJ-nin hücumçusunu ona silahlı hücum təşkil etməkdə günahlandırıb.
Maqalyans daha əvvəl Neymarın homofobik tətbiqetmələri barədə bir sıra məqalələr dərc edib. O, ulduz futbolçunun vəkili tərəfindən ölümlə hədələndiyini söyləyib.
İddiaçı məhkəmə yolu ilə mənəvi ziyana görə 1 milyon Braziliya rialı (təxminən 325 min manat) tələb edib.