Ukraynanın "Şaxtyor" klubunun bu dəfə də bazasına raket mərmisi atılıb.
Newsport.Az-ın xəbərinə görə, klub rəsmi saytı vasitəsi ilə məlumatı təsdiqləyib. Bildirilib ki, raket mərməsi nəticəsində futbolçuların istirahət otağı və idman salonu yararsız hala düşüb.
Xatırladaq ki, bundan əvvəl Donetsk şəhərinin "Donbas Arena" stadionuna raket zərbələri atılıb.