İstanbulda keçiriləcək Çempionlar Liqasının 2020/21 mövsümünün final matçına azarkeşlər buraxılacaq.
Newsport.az xəbər verir ki, bu barədə UEFA açıqlama yayıb. Məlumatda Türkiyədə mayın 17-dək davam edəcək sərt karantin qaydalarının matça təsir etməyəcəyi bildirilib. Ona görə də həlledici qarşılaşmaya stadionunun tutumunun müəyyən bir qismində azarkeşlər buraxılacaq. Bilet satışı və s. detallarla əlaqədər isə qitənin ali futbol qurumu yaxın günlərdə açıqlama yayacaq.
Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 29-ü "Atatürk Olimpiya Stadionu"nda keçiriləcək.