Poçettino: “Qapımıza vurulan hər iki qol təsadüfi idi"

“İki fərqli 45 dəqiqə oldu. İlk hissədə yaxşı oynadıq. Qol şansları yaratdıq. Qalib gəlməyə layiq idik. Amma ikinci hissədə rəqib bizdən güclü oynadı”.

Newsport.az “BT Sport”a istinadən xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Maurisio Poçettino “Mançester Siti”yə uduzduqları (1:2) Çempionlar Liqasının yarımfinalının ilk oyunu barədə danışarkən deyib.

O, daha sonra bildirib: “Qapımıza vurulan hər iki qol təsadüfi idi. Ümumilikdə biz daha çox qol vəziyətləri yaratdıq. 2 qol buraxdığımız üçün məyusuq. Yarımfinal mərhələsində belə nəticəni qəbul etmək ağırdır. Həqiqətən pisdir. Amma “Mançester Siti” kimi komandaya qarşı çıxış etmək çətindir. Xüsusən də ikinci hissədə bizə çətinlik yaratdılar. Onlar daha aqressiv davrandılar. Buna görə də topa nəzarət etmək asan deyildi. Biz isə tələb olunan enerjini vermədik. Qarşıda cavab görüşü var. Futbolda həmişə ən yaxşısına inanmaq lazımdır. Əlbəttə ki, qarşı tərəfin üstünlüyü var. 6 gün ərzində hazırlaşıb, İngiltərəyə gedib, qələbə qazanmağa çalışacağıq. Təbii ki, bəzi təzyiqlər də var. Amma futbolda istədiklərini əldə etməyə çalışmaq vacibdir”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması mayın 5-i Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right