UEFA milli komandaların heyətlərini genişləndirir

UEFA Avro-2020-də heyətlə bağlı qaydalarda dəyişiklik edəcək.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri özünün "Tvitter" hesabında yazıb. Bildirilib ki, qurum turnirdə iştirak edən yığma komandaların iştirak ərizələrini 26 oyunçuya qədər genişləndirəcək. Hazırda komandalar 23 oyunçu heyətə daxil edə bilirlər.

Xatırladaq ki, Avro-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. , 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının 3 qrup və 1 1/4 final matçı Bakıda olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right