PSJ qapıçısı Keylor Navasın müqaviləsini uzadıb.
Newsport.az xəbər verir ki, Paris təmsilçisi 34 yaşlı futbolçu ilə 2024-cü ilin iyunun 30-dək sözləşmə imzalayıb.
2019-cu ildən PSJ-də çıxış edən kosta-rikalı qolkiper bu mövsüm 37 oyunda 28 qol buraxıb.