PSJ - "Mançester Siti" matçı almanlara tapşırıldı

Çempionlar Liqasının yarımfinalında keçiriləcək PSJ - "Mançester Siti" matçına hakim təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Oyunu almaniyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Feliks Brix olacaq. Ona yan xətt hakimləri kimi Mark Borş və Stefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 28-də keçiriləcək PSJ - "Mançester Siti" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right