Futbol üzrə Almaniya Bundesliqasında 31-ci tura yekun vurulub.
Newsport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Leypsiq” “Ştutqart”ı sınağa çəkib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
Mönhenqladbax “Borussiya”sı isə “Arminiya”nı qəbul edib. Bu oyunda da meydan sahibləri beş cavabsız qolla qalib gəliblər.
Bu tur keçirilməli olan “Şalke” – “Herta” matçı təxirə salınıb.
Almaniya Bundesliqası
31-ci tur
23 aprel
Auqsburq – Köln 2:3
Qol: Qumni, 54. Varqas, 62 – Duda, 8; 33. Kaynts, 23.
24 aprel
Frayburq – Hoffenhaym 1:1
Qol: Qrifo, 81 – Kramariç, 40.
Maynts – Bavariya 2:1
Qol: Burkardt, 3. Kayson, 37 – Levandovski, 90+4.
Union Berlin – Verder 3:1
Qol: Pohjanpalo, 50; 53; 67 – Selassie, 82.
Volfsburq – Borussiya (Dortmund) 0:2
Qol: Haland, 12; 68.
Bayer – Ayntraxt 3:1
Qol: Beyli, 70. Alario, 80. Demirbay, 90+1 – A.Silva, 90+1.
25 aprel
Leypsiq – Ştutqart 2:0
Qol: Haydara, 46. Forsberq, 67.
Borussiya (Mönhenqladbax) – Arminiya 5:0
Qol: Embolo, 6; 69. Turam, 1. Bensebaini, 18-pen. Plea, 84.