UEFA prezidenti Aleksander Çeferin hələ də Avropa Super Liqasından imtina etməyən klublar barədə danışıb.
Newsport.az-ın məlumatına görə, sloveniyalı funksioner açıqlamasında növbəti dəfə həmin komandaları Çempionlar Liqasından kənarlaşdırmaqla hədələyib.
Çeferin bildirib ki, Super Liqada qalan "Barselona" və "Real", həmçinin "Yuventus" son qərarlarını verməlidilər: "Desələr ki, biz turnirdən çıxmırıq, Çempionlar Liqasında oynamayacaqlar. Buna hazırdılarsa, öz Super Liqalarında mübarizə apara bilərlər".