İngiltərə Futbol Assosiasiyası (FA) Superliqanı tərk edən klubları dəstəkləyib.
Newsport.az xəbər verir ki, qurum ölkənin 6 klubunun yarışdan çıxması ilə bağlı bəyanat yayıb:
“İngiltərə futbolu bütün klublar üçün imkanları olmasının tarixi ilə qürur duyur. Bütün futbol ictimaiyyəti qapalı liqaların əleyhinədir. Bu mövqe bizim oyunumuzu parçalaya bilərdi, amma bunun əvəzində bizim hamımızı birləşdirəcək”.
Xatırladaq ki, Superliqanın yaradıcısı olan 12 klub sırasında “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester Yunayted” və “Mançester Siti” də yer almışdı.