“Yunayted”in hücumçusu mövsümü erkən başa vurdu

"Mançester Yunayted"in zədəli futbolçusu Antoni Marsial üçün mövsüm erkən başa çatıb.

Newsport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Ole-Qunnar Sulşer mətbuat konfransında açıqlayıb.


O, Fransa millisinin heyətində Qazaxıstanla keçirilən görüşdə zədə alan hücumçunun dizində problem olduğunu deyib. Baş məşqçi komandanın aparıcı üzvünü itirdikləri üçün təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Marsial bu mövsüm "Mançester Yunayted"in heyətində 36 oyuna 7 qol vurub.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right