Fransanın “Sent-Etyen” klubunun sahibi dəyişə bilər.
Newsport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Xəbərdə, “Sent-Etyen”in hazırkı sahibləri – Bernard Kayaçço və Rolan Romeyenin klubu satışa çıxardığı diqqətə çatdırılıb.
Kayaçço və Rolan 2004-cü ildən “Sent-Etyen”in sahibidir.
Komanda hazırda Liqa 1-də 13-cü pillədə qərarlaşıb.