Braziliyalı futbolçu Türkiyə klubu ilə müqaviləsinə xitam verdi

Braziliyalı mərkəz müdafiəçisi Titi Türkiyənin “Göztəpə” klubundan ayrılıb.
 
Newsport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 33 yaşlı oyunçunun klubla müqaviləyə birtərəfli qaydada xitam verdiyi diqqətə çatdırılıb. Türkiyə klubu futbolçunun belə bir qərar verməsinin dəqiq səbəblərini açıqlamayıb. Lakin Türkiyə mətbuatı iddia edir ki, futbolçu az oynadığı üçün “Göztəpə”dən ayrılmağa qərar verib. O, Braziliya klublarından birinə keçmək üçün klub rəhbərliyindən müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğvini istəsə də, İzmir təmsilçisi buna razılaşmayıb. Futbolçu da bunu birtərəfli qaydada edib.
 
Titi “Göztəpə”yə 2018/19 mövsümündə “Bursaspor”dan transfer edilmişdi. O, bu komandadakı ilk mövsümündə 32 oyuna çıxıb və 1 qol atıb. Ötən mövsüm 30 oyunda meydana çıxan müdafiəçi, bu mövsüm forma şansı qazanmırdı. 20 qarşılaşmada iştirak edən Titi, son olaraq “Hatayspor”a 3:2 hesabıyla qalib gəldikləri matçda 1 dəqiqə oynamışdı.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah