"Rəqibimiz dünyanın ən yaxşı klubudur"

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə matç öncəsi fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis rəqibi dünyanın ən yaxşısı adlandırıb:

“Hər şey ola bilər. Rəqibimiz hazırda dünyanın ən yaxşı klubudur. “Bavariya”ya böyük hörmətlə yanaşıram. Eyni zamanda, öz gücümüzə əminik. Mükəmməl bir şəkildə başa düşürük ki, qələbəyə köklənməli və buna nail olmağa çalışmalıyıq”.

Qeyd edək ki, komandalar arasında ilk görüş Paris klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Sabah keçiriləcək cavab qarşılaşması isə Bakı vaxtı ilə 23:00-a start götürəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah